Haniyə Qətərdə dəfn olunacaq
    • Bu gün, 10:46
    • 108

Haniyə Qətərdə dəfn olunacaq

HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə bir müddətdir yaşadığı Qətərdə son səfərinə yola salınır. 

News24.az xəbər verir ki, İmam Məhəmməd bin Əbdülvəhhab məscidində cümə namazından sonra cənazə təşkil olunacaq.

Cənazə namazına ərəb və İslam dünyasının bir çox liderləri qatılacaq.

Onu da qeyd edək ki, bu gün Türkiyədə bütün məscidlərdə Haniyə üçün qiyabi cənazə namazı qılınacaq.

Günel Məlikzadə