Elektron siqaret əlində PARTLADI
    • 2-08-2024, 16:34
    • 308

Elektron siqaret əlində PARTLADI

Sivasda avtobus dayanacağında gözləyən zaman çəkmək istədiyi elektron siqaretin partlaması nəticəsində üzündə və bədənində yanıq xəsarətləri alan gəncə tibbi yardım göstərilib.

News24.az xəbər verir ki, Küçükminare səmtindəki Atatürk küçəsindəki dayanacaqda Karşıyaka məhəlləsindəki evinə getmək üçün avtobus gözləyən 17 yaşlı Buğra Türkseven yanında olan elektron siqareti çəkmək istəyib. 

Bu zaman əlindəki elektron siqaret partlayıb.

Ətrafdakı vətəndaşların müdaxiləsi ilə alovlanan elektron siqaret söndürülüb. Türkseven sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb və müalicəsi davam edir.

Məryəm İlhamqızı