Qorxulu anlar: Təcili eniş edildi
    • 2-08-2024, 23:10
    • 374

Qorxulu anlar: Təcili eniş edildi

Tabzon-Bursa reysini həyata keçirən AJet-ə məxsus VF-4517 uçuş nömrəli Boeing 737-8F2 tipli təyyarənin Bursa Yenişehir Hava Limanına eniş edərkən eniş şassisi açılmayıb.

News24.az xəbər verir ki, bunun üzərinə təyyarənin pilotu uçuş-enmə zolağından yan keçərək bir müddət havada dövrə vurub. Daha sonra təyyarə təcili eniş üçün İstanbul hava limanına yönəldilib.

Pilot İstanbul Hava Limanının Hava Hərəkətini İdarəetmə Qülləsi ilə əlaqə saxlayıb və vəziyyəti məlumatlandırıb. Hava hərəkəti dispetçerlərindən eniş şassələrinə nəzarət etməyi tələb edib. Bu arada yanğınsöndürmə briqadaları və tibb qrupları fövqəladə hallar üçün yolda hazır vəziyyətdə saxlanılıb.

Yoxlamalar zamanı uçuş-enmə zolağından yan keçən təyyarə eniş şassisinin açıldığı barədə məlumat aldıqdan sonra Türkiyə saatı ilə 13.07-də rəvan eniş edib.

Sərnişinlərin quru yolu ilə Bursaya göndəriləcəyi öyrənilərkən, təyyarə baxım üçün anqara aparılıb.

Günel Məlikzadə