Türkiyənin sərnişin təyyarəsini ildırım vurdu: Təcili eniş etdi
    • 29-01-2024, 14:00
    • 162

Türkiyənin sərnişin təyyarəsini ildırım vurdu: Təcili eniş etdi

"Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsini ildırım vurub.

News24.az xəbər verir ki, bu barədə “TRT HABER” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində təyyarə yeni qalxdığı İstanbul hava limanına təcili eniş edib.

Təyyarə saat 10:16-da(Bakı vaxtilə 11:16-da) İstanbul hava limanına eniş edib.

Hazırda təyyarəyə texniki heyət tərəfindən baxış keçirilir.

Mehriban Mirzəzadə