Gürcüstanın benzin aldığı ÖLKƏLƏR
    • Bu gün, 10:05
    • 46

Gürcüstanın benzin aldığı ÖLKƏLƏR

Rusiya Gürcüstanın əsas yanacaq tədarükçüsü kimi mövqeyini qoruyur.

News24.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, 2024-cü ilin birinci yarısında Gürcüstan Rusiya Federasiyasından 327,2 min ton benzin və dizel yanacağı idxal edib.

Bu da ümumi idxalın 52,8%-ni təşkil edir.

Ümumilikdə 620,2 min ton avtomobil benzini və dizel yanacağı idxal olunub ki, bu, ötən illə müqayisədə 11,9% çoxdur.

Rusiyadan başqa, Bolqarıstandan 84,7 min ton, Rumıniyadan 68,3 min ton, Azərbaycandan 56,4 min ton, Belarusdan 33,2 min ton və s. yanacaq idxal edilib.