"TikTok"da "kəşfetə" düşmək istəyənlərin DİQQƏTİNƏ - 5 dəqiqəyə effekt verir
    • Bu gün, 12:58
    • 153

"TikTok"da "kəşfetə" düşmək istəyənlərin DİQQƏTİNƏ - 5 dəqiqəyə effekt verir

“TikTok” qısa və cəlbedici videoları ilə milyonlarla insanın diqqətini cəlb edən bir sosial şəbəkədir. Bu platformada uğur qazanmaq üçün yalnız yaradıcı və maraqlı məzmun yaratmaq kifayət etmir, eyni zamanda paylaşımın zamanlaması da böyük əhəmiyyət daşıyır. TikTok-un "Keşfet" səhifəsi istifadəçilərin diqqətini çəkən və geniş auditoriyaya çatdırılan videoların yer aldığı bir bölmədir. Videolarınızın bu səhifədə yer alması daha çox izləyici və baxış qazanma şansınızı xeyli artırır.

TikTok-da "Keşfet"ə düşmək üçün ən yaxşı vaxtları və strategiyaları bilmək məzmununuzun daha geniş kütləyə çatmasına kömək edəcək. 

Bəs TikTokun keşfet saatları hansılardır?

Məsələ ilə bağlı News24.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, TikTok kəşfet saatları istifadəçi fəaliyyətinin pik olduğu vaxtlardır:

“Bugünkü dövrdə TikTok platforması bütün dünyada, xüsusən də Azərbaycanda geniş auditoriyaya malik sosial media platformasıdır. Hansı ki bu platformada hər mövzuya aid kontentlər mövcuddur. Paylaşılan kontentlər əsasında müəyyən kütlə yığılır və bu kütlənin də platformaya daxil olduğu müəyyən vaxt aralığı vardır.  Beləki burada izlənmələr sayəsində kəşfet saatları böyük əhəmiyyət vardır, çünki paylaşım edənlər özlərinə aid səhifələrin əhatə dairəsini artırmaq üçün optimal vaxtları tapmağa çalışırlar”.

Mütəxəssis qeyd edir ki, TikTok kəşfet saatları istifadəçi fəaliyyətinin pik olduğu vaxtlardır. Onun sözlərinə görə, bu saatlarda paylaşımların edilməsi daha geniş auditoriya tərəfindən görülmə ehtimalını artırır: “Platformanın alqoritmi pik saatlar ərzində paylaşılan videoları prioritetləşdirir, nəticədə daha çox baxış, bəyənmə və izləyici qazandırır. 

Ümumiyytlə bütün platformalar müəyyən bir alqoritm üzərindən çalışırlar. TikTok alqoritmi baxış vaxtı, bəyənmələr, şərhlər və paylaşımlar kimi müxtəlif mövzulara əsaslanan məzmunu vurğulayır. Kəşfet saatlarında paylaşılan videoların nümayiş olunma ehtimalı daha yüksəkdir və beləliklə, daha geniş auditoriyaya çata bilər”. 

Elvin Həsənovun sözlərinə görə, kontent paylaşmaq üçün ən yaxşı vaxtları müəyyən etmək də vacib məsələlərdən biridir. TikTok-un analitik alətləri süni intelekt vasitəsilə izləyicilərin ən aktiv saat aralıqlarını təyin etmək bacarığındadır. Araşdırmalar göstərir ki, günün ilk yarısı (6-10:00) və axşam (19:00 - 23:00) ümumiyyətlə, ən çox istifadəçinin bu platformadan istifadə etdiyi vaxtlardır:

"TikTok kəşfet saatlarını başa düşmək və istifadə etmək isə platformada izlənmə sayını və bəyəni (like) artırmaq istəyən kontnent yaradıcıları üçün çox vacibdir. Bu səbəblə istifadəçilər paylaşdıqları kontnetlərin məşhurlaşması və daha çox izləyici sayı yiğa bilməsi üçün qeyd olunan saatlarda paylaşım etmələri daha məqsədə uyğun hesab olunur".

Aqil Qarayev