Xalq artisti Fidan Hacıyeva: “Karmen mənim vizit-kartımdır” - FOTO - VİDEO
    • 31-05-2019, 20:04
    • 2 036

Xalq artisti Fidan Hacıyeva: “Karmen mənim vizit-kartımdır” - FOTO - VİDEO

Xalq artisti Fidan Hacıyeva Akademik Opera və Balet Teatrında növbəti dəfə fransız bəstəkarı Corc Bizenin “Karmen” tamaşasında çıxış edib. İllər sonra yenidən tamaşacı qarşısına Karmen kimi çıxan xalq artisti News24.az-a tamaşa ilə bağlı təəssüratlarını bölüşüb: “Bu əsər mənə çox böyük uğur gətirib. Sənət həyatımdakı ən böyük nailiyyətlərimi “Karmen”lə əldə etmişəm. Bu tamaşa mənim vizit kartımdır. Bilirsiniz ki, mən Opera və Balet Teatrının solistiyəm. Teatrın rəhbəri deyəndə ki, “Karmen”də yenidən oynamağını istəyirik, çox böyük sevinclə razılaşdım. Mən “Karmen”i  dünyanın müxtəlif ölkələrində böyük səhnələrdə ifa eləmişəm. Elə konsertim olmayıb ki, orda bir nömrə bu tamaşadan olmasın. Bu dəfə də onu bir başqa ovqatda təqdim eləmişəm”.

Qeyd edək ki, bu dəfə tamaşada xalq artistinin tərəf müqabilləri Opera və Balet Teatrının solistləri Fərid Əliyev, Cahangir Qurbanov, İlahə Əfəndiyeva və Əli Əsgərov olub.