“Neftçi”də yeni kapitan
    • Dünən, 22:04
    • 39

“Neftçi”də yeni kapitan

“Neftçi” basketbol klubunun yeni kapitanı bəlli olub.

News24.az xəbər verir ki, İdman.biz-in əldə etdiyi məlumata görə, Bakı təmsilçisində bu vəzifəni yeni transfer Amil Həmzəyev yerinə yetirəcək.

O, millidə də eyni funksiyanı daşıyır. Həmzəyev “Xəzri”dən “ağ-qaralar”a keçib.

Qeyd edək ki, “Neftçi”nin ötən mövsüm kapitanı Aleksey Kitayev olub. O, yeni mövsümdə bu klubda forma geyinməyəcək.