Bakı metrosunda növbəti həyəcan- insanlar qatardan düşürülüb
    • 1-06-2019, 11:12
    • 1 185

Bakı metrosunda növbəti həyəcan- insanlar qatardan düşürülüb

Bu gün Bakı metrosunda növbəti həyəcan yaşanıb.

News24.az xəbər verir ki, «Nəriman Nərimanov» stansiyasında qatar 8 dəqiqə dayanıb, sərnişinlər qatardan düşürülüb

Baş verən ləngimə ilə bağlı saytımıza açıqlama verən «Bakı Metropoliteni» QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli dedi ki, «Nərimanov» stansiyasında qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən də qatar 5 dəqiqə yubanıb və depoya yönləndirirlib:  «Həzi Aslanov istiqamətindən gələn qatarla bağlı ləngimə yaranıb. Texniki baxışa göndərilməsi üçün sərnişinlər düşürülüb. Qatarda baş vermiş nasazlığın səbəbləri aydınlaşdırılib ətraflı məlumat veriləcək. Hazırda həmin qatar başqası ilə əvəz olunub». 

Afaq Mirayiq