Bakı metrosunda hərəkət dayandı – Sıxlıq yaranıb
    • 5-10-2018, 14:56
    • 1 583

Bakı metrosunda hərəkət dayandı – Sıxlıq yaranıb

Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

News24" xəbər verir ki, “Qara Qarayev” - “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Nəticədə qatar tuneldə qalıb. Redaksiyamıza daxil olan məlumatlara görə, hadisə zamanı sərnişinlər arasında narahatçılıq müşahidə olunub.

Məsələ ilə əlaqədar “Bakı Metropoliteninin” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov News24-ə açıqlamasında bildirib ki, qatarda yaranmış texniki nasazlıq səbəbindən "Həzi Aslanov" - "İçərişəhər" stansiyaları istiqamətində hərəkət edən qatarların qrafikində gecikmələr yaranıb.

“Qara Qarayev stansiyasında qatarda baş verən texniki nasazlıq üzündən qatarların hərəkətində problem yaranıb. 7-8 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Təhlükəsizlik baxımından qatar texniki baxış üçün depoya göndərilib. Bu da bizim təlimata uyğundur. Nəticədə stansiyalarda sıxlıq yaranıb", - deyə qurum rəsmisi bildirib.

BAKU.WS