-
- 4-08-2024, 14:21
- 961
Qaynadılmış cəfəri suyunun faydaları və zərərləri
Yeməyimizə fərqli dad qatan və demək olar ki, hər yeməkdə masada yerini alan cəfərinin istehlak üsulları genişdir. Dadı ilə yanaşı sağlamlıq baxımından da saysız-hesabsız faydaları olan cəfərinin qaynadılmış suyunu içməkdə çox xeyirlidir.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, təzə yeməklərdə və salatlarda vazkeçilməz olan cəfəri tərkibindəki vitamin və minerallar sayəsində sağlamlığa faydaları ilə gündəmdədir. İmmuniteti gücləndirməklə yanaşı, uşaqlıq yolu iltihabı kimi bir çox iltihab və infeksiyaların aradan qaldırılmasında da təsirli rol oynayır.
Bəs, pəhriz siyahılarının baş tacı olan qaynadılmış cəfəri şirəsi necə hazırlanır, nə vaxt içilməlidir, cəfəri suyunun faydaları nələrdir, yatmazdan əvvəl cəfəri suyu içmək olar?
Cəfəri suyunun hazırlanma üsulları istəyə görə dəyişir. İstədiyiniz miqdarda cəfərini yaxşıca yuduqdan sonra blenderə qoyub, üzərinə su və limon əlavə edib, detoks içkisi kimi istehlak edə bilərsiniz.
Digər üsul isə yaxşıca təmizlənmiş cəfərini ocaqda təxminən 2 stəkan su ilə qaynadıb 10 dəqiqədən sonra süzüb suyu içməkdir. Hər iki üsulun bir çox sağlamlıq faydaları var. Cəfəri suyu immuniteti gücləndirməklə yanaşı, orqanizmi müxtəlif mikroblardan da qoruyur.
Tərkibindəki flavonoidlər hüceyrələrin sayını artırır və xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Əlavə olaraq, ağızın selikli qişasından pis qoxuları aradan qaldırır və ağıza təzə nəfəs verir.
Böyrəklərin sağlamlığını qoruyan cəfəri suyu böyrək daşlarının əmələ gəlməsini də önləyir. Ödemləri aradan qaldıran xüsusiyyətləri sayəsində yağların yandırılmasını sürətləndirir və artıq çəkidən qurtulmağa kömək edir.Tərkibindəki antioksidantlar zərərli maddələrin bədəndən çıxarılmasına kömək göstərir.
Sızanaq əmələ gəlməsinin qarşısını aldığı üçün dəri sağlamlığında da cəfəri suyuna üstünlük verilir.
Lakin həddindən artıq istehlak edilərsə, anemiyaya səbəb ola bilər. Qaraciyər və böyrəkləri də yora bilər.
Hamilə qadınlar üçün cəfəri suyu istehlak etmək təhlükəlidir. Qanaxma problemi olan insanlarda laxtalanmanı gecikdirə və həddindən artıq qanaxmaya səbəb ola bilər.
Qanı durulaşdırdığı və qan şəkərini aşağı saldığı üçün cəfəri suyu əməliyyat olunacaq insanlara məsləhət görülmür.
Şəkərli diabet xəstələri cəfəri suyunu həkimə müraciət edərək istehlak etməlidirlər.