-
- 19-03-2024, 13:54
- 169
Kuba ABŞ-a etiraz notası göndərdi
Kuba Xarici İşlər Nazirliyi ABŞ-ın Havanadakı səfirliyinin müvəqqəti işlər vəkili Benjamin Ziffin “müdaxiləçi şərhləri”nə görə ona etiraz notası göndərildiyini açıqlayıb.
News24.az xəbər verir ki, Kuba xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio ABŞ-ın şərhlərini “Kubanın daxili işlərinə açıq-aşkar müdaxilə və hörmətsizlik” adlandırıb.
ABŞ-ın Kubaya qarşı illərdir tətbiq etdiyi sanksiyalara işarə edən Kossio, nümayişlərə səbəb olan problemlərdən ABŞ-ın da məsuliyyət daşıdığını bildirib.
Qeyd edək ki, etirazçılar martın 17-də Santyaqo-de-Kubanın şərq əyalətində qida çatışmazlığı və 8 saatdan çox elektrik kəsilməsi səbəbindən nümayiş keçiriblər. ABŞ-ın Havanadakı səfirliyi ölkənin digər ştatlarında da nümayişlərin keçirildiyini açıqlayıb.
ABŞ-ın Havanadakı səfirliyinin Facebook hesabından nümayişlərlə bağlı edilən şərhdə, "Kuba hökumətini etirazçıların insan haqlarına hörmət etməyə və Kuba xalqının qanuni ehtiyaclarını qarşılamağa çağırırıq" ifadəsi işlədildi.
Günel Məlikzadə