Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR
    • 5-08-2024, 11:57
    • 5 086

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib, hazırda evində müalicəsi davam edir.

News24.az xəbər verir ki, bu barədə APA-ya aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür ki, özünü yaxşı hiss etmir.

“Problem daha çox qaraciyəri ilə bağlıdır. Yeməyi, yuxusu da qaydasında deyil”, - qızı əlavə edib.