Üzdəki şişkinliyin SƏBƏBİ
    • Dünən, 20:33
    • 79

Üzdəki şişkinliyin SƏBƏBİ

Digər nahiyələrə nisbətən üzdə daha çox nəzərə çarpan simmetrik şişkinlik böyrəklərin iltihabi xəstəlikləri nəticəsində inkişaf edən nefrit sindromunu göstərə bilər.

News24.az xəbər verir ki, bu barədə Fomin Klinikası şəbəkəsinin uroloqu Daria Firsova danışıb.

“Nefritik sindrom yüksək təzyiq, sidikdə qan, sidik ifrazının azalması və yüngül şişkinliklə özünü göstərir. Bu, qlomerulonefritin, yəni iltihablı böyrək xəstəliyinin ümumi simptomudur. Əksər hallarda qlomerulonefritin inkişafı bədənin infeksiyalara qarşı həddindən artıq immun reaksiyasından qaynaqlanır. Xəstəliyin autoimmun forması da var”, - deyə həkim bildirib.

Firsovanın sözlərinə görə, qlomerulonefritlə yanaşı, digər uroloji patologiyalar da şişkinliyə səbəb ola bilər. Məsələn, sidik-olitiyaz, sidik kisəsi xərçəngi, pielonefrit. 

“Böyrəklərdən sidiyin çıxmasında pozuntular olarsa, uroloq onları aradan qaldırır. Heç bir "uroloji" səbəb yoxdursa, kardioloq, terapevt, nefroloq və ya digər mütəxəssislərlə əlaqə saxlamağınız tövsiyə olunur. Şişkinlik yalnız kosmetik qüsur deyil. Çox vaxt ciddi sağlamlıq problemlərindən xəbər verir.  Bədəndə şişlik yaranarsa dərman qəbul etməyin, mütləq həkimə müraciət edin”, - deyə Firsova yekunlaşdırıb.

Məryəm İlhamqızı