-
- 5-08-2024, 23:11
- 701
Yuxusuz qalmaq bu xəstəliklərin yaranmasına səbəb ola bilər - XƏBƏRDARLIQ
İnsanlar tez-tez “yuxu rejimim pozulub”, “yata bilmirəm” kimi ifadələr işlədirlər. Bəziləri 8-9 saat belə yatsalar da, oyandıqdan sonra özlərini yorğun hiss etdiklərini qeyd edilər. Görəsən, bunların səbəbləri nədir? Yuxu rejmini necə qaydaya salmaq olar?
News24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran psixoloq Zeynəb Əyyubova buna insanların gecə saatlarında yuxuya getməsini səbəb olaraq göstərdi:
“İnsan psixologiyası üçün ən yaxşı vasitələrdən biri də saat 11-dən 5-ə qədər olan yuxudur. Bu müddət ərzində hormonlar tənzimlənir, yorğunluq aradan qalxır. Ümumiyyətlə, digər ölkələrdə də insanların 11-də çarpayıya girmək kimi adəti yoxdur. Pasiyentlərimdən deyirlər ki, çox yatsalar da yorğunluqdan şikayət edirlər. Dediyim kimi, bunun əsas səbəbi gec yatmalarıdır. Buna görə də yuxu sistemi pozulur. İnsanlar qeyd edilən saatda yatsalar, sözügedən problemlə qarşılaşmazlar”.
Onun sözlərinə görə, yuxu pozuntusuna qanda olan problemlər də səbəb ola bilər:
“Yuxu sistemində pozuntuların bir səbəbi də qanda olan vitamin çatışmazlığıdır. Daim stress altında çalışan insanlarda sinir və yuxu pozuntularına rast gəlinir. Normal və sakit yaşam tərzi üçün insanlar yuxu rəjimini qaydaya salmalıdır. Eyni saatda yatıb və oyanmaq şərtdir. Baxın, yuxu insanı ətraf mühitdən ayıraraq öz dünyasına aparır. Beyin rahatlığı üçün bu, olduqca önəmlidir. Şəxs 11-də yuxuya getdikdə Serotonin hormonu ifraz olunur ki, bu da bədən üçün vacib elementdir. Bu zaman stress hormono sanki beyindən uzaqlaşır”.
Psixoloq Aytən Ələkbərova fikrincə, yuxu pozunluğunu insan sağlamlığına ciddi təsirlər göstərə bilir:
“Yuxusuz insan daim stress və təşviş içində olur. Xərçəngdən, şəkər xəstəliyindən, sinir pozğunluğundan və s. kimi digər ciddi xəstəliklərdən uzaq olmaq istəyənlər mütləq qeyd etdiyimiz amillərə diqqət yetirməlidirlər. Gecə yuxusuz qalmaq olmaz. Bəzən müşahidə edirik ki, göz altında olan şişkinliklərə görə insanlar böyrəklərindən şikayətlənirlər. Lakin bu, yuxusuzluğun əlamətidir. Bundan başqa, yuxusuzluq həm də yaşlanmaya səbəb olur. Baxın, şou biznes insanlarının gecə həyatı aktiv olduğu üçün 25 yaşında olsalar belə, daha qoca görünürlər. Yaxşı olardı ki, insanlar axşam saat 10-dan sonra telefondan istifadə etməsinlər. Şüalanma da yuxunu qaçıran amillərdəndir. Həmçinin qaranlıq otaqda yatmaq vacibdir. İşıq lampaları insan beynində ağrıların yaranmasına səbəb olur”.