-
- 5-08-2024, 14:17
- 2 897
"Qarabağ" növbəti mərhələyə keçərsə, bu komanda ilə qarşılaşacaq
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
News24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə “Qarabağ” - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibinin də potensial rəqibi bilinib.
"Qarabağ" - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi pley-offda Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək. Ağdam təmsilçisi "Lüdoqorets" səddini adlayarsa, pley-offda ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.