Çatdırılma robotu avtomobillə toqquşdu
    • Dünən, 21:28
    • 63

Çatdırılma robotu avtomobillə toqquşdu

Moskvanın Zubovski bulvarında çatdırılma robotu qəzaya uğrayıb. 

News24.az xəbər verir ki, piyada keçidində onu maşın vurub.

Robot kuryerin sahibi olan Yandex şirkətindən verilən məlumata görə, o, idarə olunan piyada keçidi ilə hərəkət edərkən, yolun tamamlanmağına az qalmış avtomobil onu vurub. 

Robot cüzi ziyan görüb, sürücü və şirkət bir-birlərindən şikayətçi olmayıb.

Məryəm İlhamqızı