İrandan ABŞ bazasına hücumla bağlı AÇIQLAMA
    • 29-01-2024, 08:43
    • 304

İrandan ABŞ bazasına hücumla bağlı AÇIQLAMA

 İranın İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz uçan aparatlarla edilə hücumla heç bir əlaqəsi yoxdur. 

News24.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyinə İranın BMT-dəki daimi nümayəndəsi bildirib.

Diplomat qeyd edib ki, o, belə bir bəyanatla Vaşinqton administrasiyasının Tehrana qarşı ittihamları ilə bağlı çıxış edib.

Yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı iranpərəst qrupların PUA hücumu nəticəsində 3 amerikalı hərbçinin öldüyünü, 34-nün isə yaralandığını bildirib. Pentaqon rəhbəri Lloyd Austin İranın dəstəklədiyi silahlı qruplaşmalara "doğru zamanda, lazımi yerdə" cavab verəcəyini vəd edib.

“Al Hadath” telekanalının verdiyi məlumata görə, hücum T-22 obyektinə edilib. Oranın yaxınlığında isə sərhədin möhkəmləndirilməsində İordaniyaya kömək edən amerikalı hərbçilərin düşərgəsi var. 

Hazırda ət-Tanf bölgəsindəki bazada quraşdırılmış zenit hava hücumundan müdafiə sistemlərinin PUA  hücumunun qarşısını ala bilməməsinin səbəbini araşdırılır.

Teymur MƏMMƏDOV