İsraildən İrana cavab hücumu
    • 19-04-2024, 09:05
    • 336

İsraildən İrana cavab hücumu

ABŞ mediası İsrailin İrana cavab hücumu təşkil etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, İsrailin İrana hücumu xəbərini ilk dəfə Amerikanın ABC News kanalı ABŞ rəsmisinə əsaslanaraq, sonradan CBS News və CNN kanalları vasitəsilə öz izləyicilərinə çatdırıb.

Adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan xəbərlərə görə, İsrail İran daxilində bəzi nöqtələri raketlərlə vurub.

Bəzi nöqtələr təkcə İranda deyil, Suriya və İraqda da hədəfə alınıb.

Qeyd edək ki, İran rəsmilərinə əsaslanan xəbərlərdə isə İrana raket hücumunun olmadığı bildirilib. 

İran rəsmiləri "Kiçik bir hücum idi, onu dəf etdik. İsfahanda eşidilən partlayış İranın hava hücumundan müdafiə sisteminin işə düşməsi nəticəsində baş verib" deyib. 

Günel Məlikzadə