Paris-2024: Mariya Stadnik qələbə ilə başlayıb
    • Bu gün, 15:00
    • 82

Paris-2024: Mariya Stadnik qələbə ilə başlayıb

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

News24.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.