Maskdan İngiltərə şərhi:
    • Bu gün, 16:55
    • 95

Maskdan İngiltərə şərhi: "Vətəndaş müharibəsi qaçılmazdır"

Milyarder İlon Mask sosial media platforması X-də fəalların polisə atəşfəşanlıq atdığını göstərən videoya “Vətəndaş müharibəsi qaçılmazdır” şərhini verib.

News24.az xəbər verir ki, Britaniya Baş Nazirliyinin sözçüsü Maskın şərhinə reaksiya verib.

Sözçü "sosial media şirkətlərinin edə biləcəyi və etməli olduğu daha çox şey var" və bu şirkətlərin cinayət fəaliyyətlərinin internetdə paylaşılmaması üçün məsuliyyət daşıdığını vurğulayıb.

Britaniya Ədliyyə Nazirinin müavini Heidi Alexander də Maskın şərhlərini "tamamilə ədalətsiz" və "olduqca acınacaqlı" adlandırıb.

Günel Məlikzadə