Maskdan Trampa dəstək: “Bu, gülüncdür”
    • Bu gün, 09:18
    • 65

Maskdan Trampa dəstək: “Bu, gülüncdür”

ABŞ-da Donald Trampın təriflədiyi milyarder texnologiya nəhəngi İlon Mask, "Ayda 45 milyon dollar bağışlayacağımı deməmişdim" deyib. 

News24.az xəbər verir ki, Mask bu barədə özünün sosial media platforması olan X vasitəsilə bildirib.

Amerikalı milyarder Trampın seçki kampaniyasına 45 milyon dollar ianə verməsi ilə bağlı paylaşımının altına “Bu, gülüncdür” şərhini yazıb.

Mask müəyyən səviyyədə ianə etdiyini, lakin bunun qeyd olunan 45 milyon dollardan çox az olduğunu vurğulayıb.

Qeyd edək ki, Tramp dəfələrlə etdiyi kimi, son mitinqində Mask haqqında yüksək fikirlər səsləndirib.

Günel Məlikzadə