-
- 6-08-2024, 20:18
- 235
Ukraynanın hücumu nəticəsində avtobus sürücüsü ÖLDÜ
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının iştirakı ilə növbəti hücum Kursk vilayətində baş verib, bir mülki şəxs həlak ölüb.
News24.az xəbər verir ki, Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovdan alınan məlumata görə, Rılski rayonunun Nekhaevka kəndi yaxınlığında mikroavtobus Ukraynaya məxsus helikopterin hücumuna məruz qalıb.
Hücum nəticəsində avtomobilin sürücüsü dünyasını dəyişib. Rayon rəhbəri vəzifəsini icra edən mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Məryəm İlhamqızı