Rusiyada Ukrayna PUA-ları VURULDU
    • Bu gün, 15:55
    • 56

Rusiyada Ukrayna PUA-ları VURULDU

Belqorod vilayəti ərazisi üzərində iki Ukrayna pilotsuz uçan aparatı məhv edilib. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Ukrayna hərbçiləri təyyarə tipli PUA-lardan və kiçik şarlardan istifadə ediblər. Onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

“Belqorod vilayəti ərazisində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı, Kursk vilayəti ərazisində bir PUA və üç kiçik balon məhv edilib.

Bundan əvvəl vilayətin qubernatoru Vyaçeslav Qladkov Ukrayna pilotsuz təyyarələrinin Belqorod vilayətində dörd yaşayış məntəqəsinə bir anda hücum etdiyini bildirib.

Məryəm İlhamqızı