Ukraynaya məxsus 12 PUA MƏHV EDİLDİ
    • Bu gün, 19:59
    • 52

Ukraynaya məxsus 12 PUA MƏHV EDİLDİ

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri sərhədyanı Belqorod və Kursk vilayətləri üzərində Ukraynanın 12 pilotsuz təyyarəsini məhv edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə qarşı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək terror aktları həyata keçirməyə cəhd etdiyi bir gecədə növbətçi hava hücumundan müdafiə qüvvələri Kursk vilayəti üzərində 11 pilotsuz uçan aparatı məhv edib. Daha bir pilotsuz təyyarə isə Belqorod vilayətində vurulub", - deyə nazirlikdən bildirilib.

Əlavə olaraq onu da bildirək ki, Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovun verdiyi məlumata görə, onun bölgəsi üzərində səmada 26 Ukrayna PUA-sı vurulub.

Məryəm İlhamqızı