-
- 7-08-2024, 14:50
- 1 030
"Apple" üçün 20 milyardlıq risk - SƏBƏB
ABŞ hakiminin Google-un internet axtarışı və axtarış reklamında öz dominantlığını gücləndirmək üçün qanunları pozduğu, qeyri-qanuni monopoliyaya malik olduğuna dair hökm çıxardıqdan sonra Apple-ın Google ilə qazanclı müqaviləsi təhlükə altında ola bilər.
News24.az xəbər verir ki, Wall Street analitiklərinin fikrincə, Google-un antiinhisar cərimələrindən yayınması üçün mümkün həll yolu Google-un Apple cihazlarında standart proqram olması ilə bağlı müqaviləni ləğv etmək ola bilər.
Morgan Stanley analitiklərinin fikrincə isə, Google bu imtiyaz üçün Apple-a ildə 20 milyard dollar və ya Safari brauzeri vasitəsilə axtarış reklamlarından əldə etdiyi gəlirin təxminən 36 faizini ödəyir.
Qeyd edək ki, analitiklərin hesablamalarına görə, sövdələşmənin iflasa uğraması halında Apple-ın mənfəəti 4-6 faiz azalacaq.
Günel Məlikzadə