Yeni dünya müharibəsi PROQNOZLAŞDIRILDI
    • Bu gün, 17:06
    • 78

Yeni dünya müharibəsi PROQNOZLAŞDIRILDI

Yaxın on ildə dünya müharibəsi başlaya bilər. 

News24.az xəbər verir ki, Britaniyanın “Express” nəşri belə nəticəyə gəlib.

Məqalədə qeyd olunub ki, müharibəyə hazırlaşmağın vaxtı “dünən gəlib”. O, qoşunların yenidən qurulması, texnika və digər resurslara yenidən sərmayə qoyulmasının zəruriliyinə işarə edib.

Nəşrin fikrincə, qlobal silahlı qarşıdurmaya çevrilə biləcək “bir neçə münaqişə” var. “Geniş miqyaslı partlayışın” mənbəyi Şərqi Avropa, Yaxın Şərq və Asiya ola bilər.

Xatırladaq ki, bundan əvvəl Amerika dövlətinin başçısı vəzifəsinə namizəd Donald Tramp Fox Business telekanalına müsahibəsində üçüncü dünya müharibəsinin niyə başlaya biləcəyini açıqlayıb. Onun fikrincə, ABŞ prezidenti Co Bayden və onun ətrafının səriştəsizliyi ucbatından bütün dünya güclərinə təsir edəcək münaqişə yarana bilər.

Məryəm İlhamqızı