“III Dünya Müharibəsinin qarşısını alacağam”
    • 23-02-2024, 11:00
    • 138

“III Dünya Müharibəsinin qarşısını alacağam”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırda dünyanın çox yaxın olduğu üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mən III Dünya Müharibəsinin qarşısını alacağam. Biz III Dünya Müharibəsinə çox yaxınıq və bu, heç kimi olmayan bir müharibə olacaq", - deyə Tramp bildirib.

Tramp həmçinin qeyd edib ki, o, Ağ Evə gəlməmişdən əvvəl sülhü bərpa edə, o cümlədən Ukrayna və Rusiya arasındakı münaqişəni həll edə bilər.

Tramp daha əvvəl bildirmişdi ki, yenidən seçilərsə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə biləcək.

Mehriban Mirzəzadə