-
- 8-08-2024, 10:03
- 307
Avropada qazın qiyməti artdı
Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu fonunda Avropada qazın qiyməti 5,8 faiz artıb.
News24.az xəbər verir ki, bunu ICE birjasında ticarət məlumatları sübut edib.
Ticarət məlumatlarına görə, sentyabr qaz tədarükü fyuçersləri min kubmetr üçün 410 dollardan 438 dollara qədər bahalaşıb. Bu, sutkada 42 milyon kubmetr ötürmə qabiliyyətinə malik Sudja qazölçmə stansiyasının (GIS) yerləşdiyi Kursk vilayətinin Sudjanski rayonuna hücumla əlaqələndirilib.
Məryəm İlhamqızı