-
- 8-08-2024, 12:08
- 269
İlon Maskın trans qızı atasını tənqid ETDİ: "Sən ailə atası deyilsən"
Texnologiya milyarderi İlon Maskın qızı Vivian Jenna Uilson bir müddət əvvəl atasını sərt sözlərlə tənqid edib.
News24.az xəbər verir ki, atasının soyadından imtina edib anasının soyadını götürən Uilson, qadına xas göründüyü üçün onu təhqir edən milyarderdən "qəddar, itkin ata" deyə bəhs edib.
İlon Maskın qızı Vivian yeni yazısında atasını sərt şəkildə tənqid edərək, 53 yaşlı Maskın 20 yaşlı trans qızı atasının xoşbəxt ailə başçısı olduğunu bildirən paylaşıma qarşı susqunluğunu pozub.
Vivian deyib:
"Bax, mən bilmirəm siz buna həqiqətən inanırsınız, yoxsa öz fantaziya dünyanızda yaşayırsınız və açığını desəm, məni maraqlandırmır. Mənə elə gəlir ki, siz öz brendinizi 'qayğıkeş ata' imcinizlə yenidən inşa etməyə çalışırsınız. Düzünü desəm, bu cəhd tamamailə acınacaqlıdır”.
Maskın 20 yaşlı qızı “Sən ailə adamı deyilsən, öz övladları haqqında yalan danışmaqdan əl çəkməyən adamsan” deyərək ifadələrini davam etdirib.
Vivian sözlərini belə yekunlaşdırdı: "Sən planeti xilas etmirsən, iqlim dəyişikliyinə əhəmiyyət vermirsən. İnsanlar birtəhər sənə inanmağa davam edir və mən hələ də bunu anlaya bilmirəm".
Günel Məlikzadə