Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğradı
    • Bu gün, 14:35
    • 54

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğradı

Türkiyənin cənubunda Muğla vilayətində Rusiya və Qazaxıstandan gələn turistləri daşıyan avtobus qəzaya düşüb. 

News24.az xəbər verir ki, qəza nəticəsində azı 13 nəfər yaralanıb və xəstəxanalara aparılıb.

Hadisə yerli vaxtla səhər saat 7 radələrində Milas rayonunda baş verib. İlkin məlumatlara görə, avtobus aşıb.

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Yük maşınının sürücüsü saxlanılıb.

Məryəm İlhamqızı