-
- 8-08-2024, 15:48
- 597
24 yaşlı gənc qadının cəsədi dondurucuda tapıldı
Dünən axşam saatlarında Türkiyədə dəhşətli hadisə baş verib.
News24.az xəbər verir ki, qayıqda cəsəd ola biləcəyi xəbərdarlığından sonra polislər həmin ünvana gediblər.
Qayığı araşdıran qruplar dərin dondurucuda gənc qadın cəsədi tapıb. Dərin dondurucudan çıxarılan cəsəd meyitxanaya aparılıb.
Qeyd edək ki, cəsədin Hilmiyə Tuğba Esginə (24) aid ola biləcəyi müəyyən edilib.
İlkin araşdırmalarda gənc qadının boğularaq öldürüldüyü bildirilib.
Hadisə ilə bağlı aparılan istintaqda meyitin iyi gəlməsin deyə qayığa buz torbaları daşıyan qayıq sahibi Şenol A. və onun həyat yoldaşı D.A işini davam etdirib. K.B.Ö və K.B.Ö adlı şübhəlilər də polis qrupları tərəfindən saxlanılıb.
Şəxslərin polis bölməsində əməliyyatlarının davam etdiyi öyrənilib.
Günel Məlikzadə