-
- 8-08-2024, 18:53
- 217
Futbol topundan xəsarət aldı
Moskva yaxınlığındakı Solneçnoqorskda futbol topunun uşağa dəyməsi ilə bağlı cinayət işi açılıb.
News24.az xəbər verir ki, Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Qəza ötən gün günorta saatlarında məktəbin futbol meydançasında baş verib. Bir neçə kəllə sınığı olan 11 yaşlı məktəbli xəstəxanaya yerləşdirilib.
Faktla bağlı ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.
İstintaq Komitəsi hadisənin məktəb rəsmilərinin səhlənkarlığının nəticəsi olduğunu vurğulayıb. Onlar təhsil müəssisəsinin ərazisində futbol üçün boş qapıların olmasına şərait yaradaraq, öz rəsmi vəzifələrini yerinə yetirməkdə diqqətsizlik ediblər.
İstintaq Komitəsi əlavə edib ki, hazırda dindirmələr, ekspertizalar və digər istintaq hərəkətləri aparılır.
Məryəm İlhamqızı