İtaliya Futbol Federasiyası prezidentinin başı dərddə
    • 8-03-2024, 17:52
    • 357

İtaliya Futbol Federasiyası prezidentinin başı dərddə

İtaliya Futbol Federasiyasının prezidenti mənimsəmə və çirkli pulların yuyulmasında şübhəli bilinir.

News24.az “La Gazzetta”ya istinadən xəbər verir ki, Roma Prokurorluğu İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravinaya qarşı istintaq başladıb. Nəşron məlumatına görə, onlarla siyasətçi, idmançı və digər şəxsiyyətlər istintaq altındadır.

Qabriel Qravinanın vəkilləri idman təşkilatının rəhbərinin mümkün təqsirini inkar edirlər. Onların fikrincə, prokurorluq gələcəkdə yeni saxta ittihamlar irəli sürə bilər.

Qabriele Qravina 2018-ci ildə İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsinə keçib. Onun barəsində istintaq antimafiya işi çərçivəsində aparılır. İstintaq İtaliya siyasətçiləri arasında korrupsiya faktı ilə bağlı jurnalist araşdırmasından sonra başlayıb.