-
- 9-08-2024, 19:25
- 337
Məşhur model Türkiyədən qayıdarkən saxlanıldı
Britaniyalı televiziya ulduzu və model Keti Prays Türkiyədə plastik əməliyyatdan qayıtdıqdan sonra Hitrou hava limanında saxlanılıb.
News24.az xəbər verir ki, model borc işi üzrə məhkəmə iclasında iştirak etmədiyi iddiası ilə hava limanında polis tərəfindən saxlanılıb.
Modelin üzünün şişmiş və sarğı ilə saxlanıldığını əks etdirən görüntülər mətbuatda əksini tapıb. Onun 31 yaşlı sevgilisi baqajı götürərək hava limanını tərk edib.
Dünən gecəni polis nəzarətində keçirən Prays bu gün məhkəmə qarşısına çıxacaq.
Qeyd edək ki, 2019-cu ildə iflas etdiyini açıqlayan Prays ötən ay iflas iddiasının dinlənilməsində iştirak etməli idi, lakin məşhur ad sevgilisi və oğlu ilə plastik əməliyyat etdirmək üçün Türkiyəyə gedib.
Məryəm İlhamqızı