Tanınmış aktrisa gözəllik uğruna həyatını fəda etdi - FOTO
    • 6-10-2023, 18:34
    • 220

Tanınmış aktrisa gözəllik uğruna həyatını fəda etdi - FOTO

Məşhur argentinalı aktrisa və model Jaquelin Carrieri estetik əməliyyatdan sonra yaranan fəsadlar səbəbindən 48 yaşında dünyasını dəyişib.

News24.az ”Haberglobal”-a istinadən xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat etdirən aktrisanın həyatı əməliyyatdan sonra kabusa çevrilib.

Tanınmış sahibkar, eləcə də model və aktyor kimi fəaliyyət göstərən Karrierinin ölüm xəbəri Argentinada böyük kədərə səbəb olub.

Qeyd edək ki, digər argentinalı aktrisa və model Silvina Luna böyrəyini itirib və plastik əməliyyatdan sonra yaranan fəsadlar səbəbindən ötən ay dünyasını dəyişib.

Ülkər ABDURAHMANLI