Mənfi düşüncələrdən necə xilas olmaq olar? - TÖVSİYƏ
    • 9-08-2024, 21:46
    • 549

Mənfi düşüncələrdən necə xilas olmaq olar? - TÖVSİYƏ

Artıq hamımız pozitiv düşüncənin gücünü bilirik. “Yaxşı düşün, yaxşı olsun” deyirik, amma bəzən ağlımıza gələn kiçik neqativ düşüncələrin psixologiyamızı necə pozduğunu, gündəlik həyatımıza və münasibətlərimizə necə mənfi təsir etdiyini görə bilmirik.

News24.az Sfera.az-a istinadla psixologiyamıza mənfi təsir göstərən düşüncələri və onlardan qurtulmağın yollarını təqdim edir:

İnsana mənfi təsir edən düşüncələrdən biri “sonra edərəm”dir. Bu vərdişdən qurtulmaq asan olmaya bilər. Buna görə kiçik, əldə edilə bilən hədəflər qoymaq daha məqsədəuyğundur.

“Dünyanın sonudur” düşüncəsi isə insanı daima mənfiyə kökləyir. Beyninizin bir hadisə barədə neqativ ssenarilər yazmaması üçün onu pozitiv nəticələri düşünməyə məcbur etməlisiniz. Hər bir halda pis hadisədən də yaxşı nəticələr çıxarmaq mümkündür.

“Mən bacarmaram” düşüncəsi isə insanın özünə güvənməməsinin göstəricisidir. Bir şeyi alındıra bilməməsi həmin insanın bacarıqsız olduğu mənasına gəlmir. Bacarıqlarınızı və nailiyyətlərinizi heç vaxt mənfi qiymətləndirməyin. Sizi xoşbəxt etmək üçün nəyinsə olmasını gözləmək mənasızdır. İndiki zamanda xoşbəxt olmaq məqsədlərə gedən yolda işinizi asanlaşdıracaq.