-
- 9-08-2024, 18:50
- 287
Bir ailənin 4 üzvü göldə boğuldu
Türkiyədə 5 nəfər göldə boğulub.
News24.az xəbər verir ki, hadisə Muş rayonunun Bostankənd kəndində baş verib. Süni gölə piknik üçün gələn ailənin 13 yaşlı üzvü Rabia Karakaya sərinləmək üçün gölə girib. Qısa müddət sonra o, boğularaq, çırpınmağa başlayıb. Onu qurtarmaq üçün ailənin daha 4 üzvü suya atılıb.
Lakin onlar da suda boğulublar. Xilasedicilər əvvəlcə 18 yaşlı Yasin, 20 yaşlı Edanur, 13 yaşlı Rabia Karakaya və 15 yaşlı Eylül Tekinin meyitlərini göldən çıxarıblar. Bir gün sonra isə suda yoxa çıxan 22 yaşlı Fatma Karakayanın da meyiti tapılaraq, sudan çıxarılıb.
F. Karakayanın hamilə olduğu məlum olub.
Hadisə ilə bağlı şəhər valiliyi göllərə girməyin qadağan olunduğu barədə rəsmi saytda məlumat yerləşdirildiyini açıqlayıb. Vali Avni Çakır üzmək bacarığı olmayan və azyaşlıların ümumiyyətlə gölə girməməyə çağırıb.//lent.az