Pezeşkian yeni vitse-prezident təyin etdi
    • Bu gün, 17:14
    • 68

Pezeşkian yeni vitse-prezident təyin etdi

İran Prezidenti Məsud Pezeşkian yeni vitse-prezident təyin edib.

News24.az "Irna"ya istinadən xəbər verir ki, Hüseyn Afşin ölkənin texnologiya, iqtisadiyyat və fundamental elmlər üzrə vitse-prezidenti vəzifəsinə gətirilib.

Afşin 1981-ci ildə İranda anadan olub. O, Şərif Texnologiya Universitetinin professordur. Enerji, Su, Ətraf Mühit Elmləri və Texnoloji Tədqiqat İnstitutuna rəhbərlik edib. H.Afşin Maşınqayırma fakültəsində Elmi şuranın üzvüdür.