Azərbaycanlı namizəd hamını qabaqladı
    • 20-06-2024, 14:17
    • 751

Azərbaycanlı namizəd hamını qabaqladı

İranda 14-cü prezident seçkilərinin ilk debatlarından sonra Məsud Pezeşkian rəqibləri Məhəmməd Bagir Qalibaf və Cəlilini geridə qoyub.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran radio və televizyasının keçmiş nümayəndəsi Məhəmməd Hüseyn Rəncbəran məlumat yayıb.

“Müzakirələrdən sonra keçirilən və hələ də davam edən ən etibarlı rəy sorğusunun nəticələrinə görə Məsud Pezeşkian bütün rəqiblərindən irəlidədir”, - “İntixab” qəzeti Rəncbərana istinadən yazıb.

Son rəy sorğusunun nəticələri: Məsud Pezeşkian 28%, Məhəmməd Bagir Qalibaf 26%, Səid Cəlili 24%, Əmir Hüseyn Qaqzizadə Haşimi 3%, Mustafa Purməhəmmədi 2/5% və Əlirza Zakani isə 2%.