Bakıda dəhşətli qəza törədən polis zabiti barədə - YENİ XƏBƏR
    • 3-06-2019, 14:20
    • 1 336

Bakıda dəhşətli qəza törədən polis zabiti barədə - YENİ XƏBƏR

4 ay əvvəl Bakıda ağır yol qəzası törətmiş şəxsin işi məhkəməyə göndərilib.

News24.az-ın məlumatına görə, Ziya Bünyadov prospektində baş vermiş qəza ilə bağlı barəsində Cinayət Məcəlləsinin 263.2-ci, yəni ölümlə nəticələnnə yol-nəqliyyat hadisəsi törətmə maddəsi ilə cinayət işi açılan Əlizadə Əşrəf İbrahim oğluna ittiham edlan edilib. Onun barəsindəki materialları Nərimanov Rayon Polis İdarəsindən rayon məhkəməsinə göndərilib. 

Qeyd edək ki, qəza hadisəsi Nərimanov rayonu, Ziya Bünyadov prospektində, Olimpiya stadionu yaxınlığında qeydə alınıb.
Məlumata görə, yolu piyadalar üçün qadağan olunmuş yerdən keçmək istəyən 1970-ci il təvəllüdlü İbrahimov Vüqar Sabir oğlunu sürücü Əlizadə Əşrəf İbrahim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil vurub.

Nəticədə piyada hadisə yerdində dünyasını dəyişib.

Sürücünün saxlanıldığı və onun polis zabiti olduğu bildirilir.

Hadisədən sonra ölən şəxsin ailəsi Ə.Əlizadədən şikayətçi olmadıqlarını bildiriblər.