Sabah toyu olacaq gənc Bakıda avtomobillə adam vurdu
    • 22-06-2019, 17:12
    • 1 907

Sabah toyu olacaq gənc Bakıda avtomobillə adam vurdu

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Həmin prospektdə yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Mənsimov Şahin Faiq oğlunu “Mercedes” markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin törədən sürücü saxlanılıb.

Məlumata görə, iyunun 23-də hadisəni törədən sürücünün toy mərasimi olacaqmış.