Bakının mərkəzində maşınla qadını VURUB ÖLDÜRDÜLƏR
    • 2-08-2019, 16:52
    • 826

Bakının mərkəzində maşınla qadını VURUB ÖLDÜRDÜLƏR

Bu ilin may ayında Yasamal rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsində Kazımov Zaur Aydın oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci, yəni ölümlə nəticələnnə yol-nəqliyyat hadisəsi törətmə maddəsi ilə açılan iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Günel Əkbərlinin icraatına verilib və hazırlıq iclası avquatun 9-na təyin edilib.

Qeyd edək ki, Bakının mərkəzində baş vermiş hadisədə Şıxlar Şükufə Əlikram qızı vəfat edib. Belə ki, mayın 20-də saat 11 radələrində Yasamal rayonunun İnşaatçılar prospektində Bakı şəhər sakini Zaur Kazımov “Opel” markalı avtomobilli arxaya verərkən 45-50 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.