İki ölkə arasında qarşıdurma: Sərhəd qapısı bağlandı
    • 13-08-2024, 08:59
    • 302

İki ölkə arasında qarşıdurma: Sərhəd qapısı bağlandı

İki ölkənin sərhədində Əfqanıstan və Pakistan qüvvələri arasında münaqişə baş verib.

Əfqanıstan mətbuatının məlumatına görə, Əfqanıstan müvəqqəti hökumətinin müdafiə nazirinin sözçüsü İnayətullah Harezmi, Nangerhar əyalətinin Torxam Sərhəd Qapısı yaxınlığında, Qorkay bölgəsində iki ölkənin sərhəd qüvvələri arasında qarşıdurma olduğunu bildirib.

News24.az xəbər verir ki, Hərəzmi qeyd edib ki, Pakistan qüvvələri sərhəd xəttində nəzarət-buraxılış məntəqəsi tikərkən əvvəlcə Əfqanıstan sərhəd qüvvələrinə atəş açıb, lakin əfqan qüvvələri də cavab verib.

Əfqanıstan mətbuatının yazdığına görə, münaqişə bölgəsində yaşayanlar evlərini tərk etmək məcburiyyətində qalıb, münaqişə səbəbindən Torkham Sərhəd Qapısı bağlanıb.

Digər tərəfdən, Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kani X sosial media platformasındakı hesabında Pakistan qüvvələrinin mülki şəxslərə atəş açdığını və 2-si uşaq 3 Əfqanıstan vətəndaşının həyatını itirdiyini bildirib.

Günel Məlikzadə