-
- 13-08-2024, 10:27
- 711
Britaniyadan İrana: "İsrailə hücum etməkdən çəkinin"
Böyük Britaniyanın baş naziri Keir Starmer və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, görüşdə Yaxın Şərqdəki gərginlik müzakirə olunub.
Müharibənin heç kimin xeyrinə olmadığını bildirən Starmer bütün tərəfləri gərginliyi azaltmağa çağırıb.
Yaxın Şərqdə artan gərginlikdən dərin narahat olduğunu deyən Britaniyanın baş naziri, İranın sabitliyi pozan hərəkətlərinə son qoyacağı təqdirdə iki ölkə arasında konstruktiv dialoqun irəliləyəcəyini bildirib.
Starmer İranı "İsrailə hücum etməkdən çəkinməyə" çağırıb.
Günel Məlikzadə