-
- 13-04-2024, 11:30
- 965
İsrailə dəstək, İrana qorxu
Ağ Evdə jurnalistlərə açıqlama verən Baydenə İranın İsrailə mümkün hücumu ilə bağlı sual verilib.
News24.az xəbər verir ki, İranın İsrailə nə qədər tez hücum edə biləcəyi ilə bağlı suala Bayden, "Mənim düşüncəm budur ki, müharibə hər an baş verə bilər" deyib.
Bayden, "İsrailin müdafiəsinə sadiqik. İsraili dəstəkləyəcəyik. İsrailin müdafiəsinə kömək edəcəyik və İran müvəffəqiyyət qazana bilməyəcək" deyərək, İrana İsrailə hücum etməməsi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Korpusundan 2-si general olmaqla ümumilikdə 7 nəfər həlak olub.
İran lideri Ayətullah Əli Xamenei İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunun ölkəsinin ərazisinə hücum demək olduğunu bildirib. “Rejim səhv edib, cəzasını çəkməlidir və çəkəcək” deyib.
ABŞ prezidenti Co Bayden də İranın İsrailə qarşı hücum təhdidləri qarşısında Təl-Əvivə “sarsılmaz” dəstəyi davam etdirəcəklərini bildirib.
Günel Məlikzadə