“Barselona”nın lider oyunçuları zədələndi
    • 13-08-2024, 22:09
    • 396

“Barselona”nın lider oyunçuları zədələndi

Avqustun 12-də “Joan Gamper” Kuboku uğrunda oyunda “Barselona” “Olimpik Lyuis Kompanies” stadionunda “Monako” ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə Monakonun qələbəsi ilə başa çatıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, oyun zamanı kataloniyalı futbolçular Robert Levandovski və İlkay Gündoğan zədə alıb.

“Joan Gamper” Kuboku “Barselona” tərəfindən hər il təşkil olunan yoldaşlıq turniridir. İlk dəfə 1966-cı ildə klub prezidenti Enrike Llodanın təşəbbüsü ilə oynanılıb. Kubokun adı “Barselona”nın əfsanəvi prezidenti və qurucusu Joan Qamperin şərəfinə verilib.