İbrahim Tatlısesin qızından SOYAD DƏYİŞİKLİYİ
    • 13-08-2024, 21:04
    • 502

İbrahim Tatlısesin qızından SOYAD DƏYİŞİKLİYİ

Müğənni Dilan Çıtak atası İbrahim Tatlısesi nəzərdə tutaraq, son aylarda psixoloji zorakılığa və mobbingə məruz qaldığını açıqlayıb.

Daha sonra atasının övladlarını ayırdığını iddia edən Çıtak, “Bir qiymət ödəsəm, hamı ödəyəcək. O, birdən-birə “Dilan mənim qızımdır” dedi. O andan etibarən məni sevənlər qədər sevməyənlər də oldu. Bir çox insan biznes müqavilələrini dayandırdı. Tatlıses soyadının mənim etdiyim musiqiyə heç bir faydası yoxdur” kimi açıqlamalar verib.

Çıtakın bu sözlərinə susqunluğunu pozan Tatlıses “Mənim soyadımdan istifadə etməsin. Dilan Çıtakın yeganə narahatçılığı İdo bəydir", - deyib.

Ata ilə qız arasında gərginlik artdıqca Dilan Çıtak soyadını dəyişmək üçün hərəkətə keçib.

Sosial media hesabından açıqlama verən məşhur ad, "Narahat olmayın, uzun müddətdir ki, təsdiqlənmiş hesab adını necə dəyişdirəcəyimizi axtarırıq. Bu, onsuz da istəmədən olmuşdu. Çiynimdən böyük bir yük qalxdı. İnanın Allaha şükür deyirəm", - sözlərini yazıb

Məryəm İlhamqızı