-
- 13-08-2024, 15:13
- 381
3-cü mərtəbədən yıxılan uşaq HƏYATINI İTİRDİ
Türkiyədə 7 yaşlı uşaq 3-cü mərtəbədəki evinin eyvanından yıxılaraq ölüb.
News24.az xəbər verir ki, hadisə saat 08.30 radələrində Samsunun İlkadım səmtinin Reşadiye məhəlləsində baş verib.
Əldə edilən məlumata görə, 7 yaşlı iraqlı Mustafa Məhəmməd Hüseyn 3-cü mərtəbədəki evinin eyvanında oynayarkən müvazinətini itirərək yıxılıb.
Yerə yıxılaraq ağır yaralanan uşaq təcili yardımla aparıldığı Qazi Dövlət Xəstəxanasının təcili xidmətində edilən müdaxilələrə baxmayaraq xilas ola bilməyib və həyatını itirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məryəm İlhamqızı