-
- 13-08-2024, 18:40
- 205
Starbucks-ın baş direktoru istefa verdi
Starbucks tərəfindən edilən açıqlamada Narasimhanın şirkətin baş direktoru və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyi bildirilib.
News24.az xəbər verir ki, açıqlamada hazırda Chipotle-nin top meneceri vəzifəsini icra edən Brayan Nikkolun Starbucks-ın baş direktoru vəzifəsinə təyin edildiyi bildirilib və yeni vəzifəsinə sentyabrın 9-da başlayacağı qeyd edilib.
Əlavə olaraq, Starbucks-ın Baş Maliyyə Direktoru (CFO) Rachel Ruggerinin qeyd olunan tarixə qədər müvəqqəti CEO vəzifəsini icra edəcəyi ifadə edilib.
Qeyd edək ki, İsrailin Qəzzaya hücumları səbəbiylə etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri olan Starbucks-ın maliyyə nəticələri son iki rübdə mənfi təsirə məruz qalıb.
ABŞ qəhvə zəncirinin gəliri yanvar-mart dövründə 2 faiz azaldığı halda, qlobal satışları 4 faiz azalaraq 2020-ci ilin sonundan bəri ilk bu qədər düşüb.
Aprel-iyun dövründə şirkətin gəlirləri 0,6 faiz, qlobal satışları isə 3 faiz azalıb.
Məryəm İlhamqızı